BURADA REKLAMINIZ OLA
BİLƏR

ABŞ-dan sensasion addım: Sənəd imzalandı

ABŞ Prezidenti Donald Tramp pandemiya şərtləri altında öz vətəndaşlarını bu ölkədən geri çağırmaqdan imtina edən və ya bu prosesi ləngidən ölkələrə qarşı vizaların verilməməsi ilə bağlı sanksiya tətbiqini nəzərdə tutan memorandum imzalayıb.

 

Pravda.az-ın xəbərinə görə, sənədin mətni cümə günü Ağ Evin mətbuat xidməti tərəfindən yayılıb.

 

“Pandemiya müddətində ABŞ-da olan vətəndaşlarını qəbul etməyən və ya öz vətəndaşlarının qəbulunu əsassız şəkildə gecikdirən ölkələr amerikalıların ictimai sağlamlığı üçün qəbulolunmaz təhlükə yaradır. Birləşmiş Ştatlar ölkə qanunlarını pozan xarici vətəndaşların geri qaytarılmasını təmin etmək imkanına malik olmalıdır”, - deyə sənəddə qeyd olunur.

 

Trampın təlimatlarına görə, ABŞın Daxili Təhlükəsizlik naziri bu ölkələrin siyahısını dövlət katibinə təqdim etməlidir, bundan sonra o, “siyahı əldə olunduqdan sonra 7 gündən gec olmayaraq viza sanksiyaları planını qəbul etməli və həyata keçirməlidir”.APA

Tarix: 11 Aprel 2020, 09:21   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin