Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

İsrailin Azərbaycandakı səfirliyi fəaliyyətini bərpa etdi - YENİLƏNDİ

933
Paylaş:
İsrailin Azərbaycandakı səfirliyi fəaliyyətini bərpa etdi -   YENİLƏNDİ

İsrailin Azərbaycandakı səfirliyi işini qısa müddətə dayandırdıqdan sonra fəaliyyətini bərpa edib.


Bu barədə Pravda.az-a səfirlikdən məlumat verilib.


"Tətil bitib və biz normal fəaliyyətə qayıtdıq", - diplomatik nümayəndəlikdən bildiriblər.


Bundan əvvəl İsrailin Baş naziri Benyamin Netanyahu və ölkənin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir ölkədə kütləvi etirazlara səbəb olan məhkəmə islahatlarını dayandırmaq barədə razılığa gəliblər. 
 

***

21:20

İsrailin Azərbaycandakı səfirliyi fəaliyyətini dayandırıb.

Bu barədə Pravda.az-a səfirlikdən məlumat verilib.

Qeyd olunub ki, səfirlik əməkdaşları həmkarlar ittifaqının bütün dövlət qulluqçularının məhkəmə islahatlarına etiraz etmək üçün meydana çıxmaq barədə çağırışına qoşulublar.

Paylaş:

Ən son xəbərlər