İsrailin aparıcı müxalifət partiyalarının başçıları baş nazir Benyamin Netanyahunun məhkəmə islahatlarının mübahisəli məsələləri üzrə geniş dialoq təklifinə cavab veriblər.
Ən böyük müxalifət partiyası Yeş Atidin rəhbəri, parlament müxalifətinin lideri Yair Lapid prezident İtsak Hersoqun vasitəçiliyi ilə dialoq aparmağa hazır olduğunu bildirib.