Ermənistanın “Hraparak” qəzeti yazır ki, Qarabağdakı separatçıların başçısı Arayik Arutyunyan bu yaxınlarda Moskvaya səfər edib və orada bir sıra mühüm görüşlər keçirib. Nəşrin məlumatına görə, hələlik Arutyunyanın istefası barədə söhbət getmir.
Məqalədə qeyd olunur ki, Arutyunyan “uzun və sərt müqavimətə hazırlaşmağın” zəruriliyini bəyan edib: “Atəşlərə atəşlə cavab vermək, düşmənin təxribat hücumlarının qarşısını almaq və diversantları məhv etmək, həmçinin ölkədə stabil həyatı bərpa etmək. Eyni dərəcədə vacib vəzifə Artsaxın müdafiə qabiliyyətini gücləndirmək üçün alternativ yollar tapmaqdır. Çünki düşmən müharibəyə çevrilə biləcək yeni təxribatlar hazırlayır”.
“Əslində, bu gün Artsax sakinlərinin iki yolu var - ya doğma Artsaxı tərk etmək, ya da 1990-cı illərin əvvəllərində şərəflə edildiyi kimi öz doğma torpaqlarında yaşamaq hüququnu zorla müdafiə etməyə hazır olmaq. Azərbaycanla inteqrasiya variantı istisnadır, çünki sonda Artsaxda, eləcə də digər tarixi erməni torpağı olan Naxidjevan bölgəsində (Naxçıvan - red.) bir dənə də olsun erməni qalmayacaq”, - deyə nəşr separatçıların başçısından sitat gətirir.
Belə çıxır ki, Moskva separatçılara müəyyən təhlükəsizlik zəmanəti verib? Burada başqa nəticələrə gəlmək çətindir. Amma onsuz da vəziyyət gərgindir və sonra əsas separatçının ağzından belə sərt bəyanatlar gəlir. Doğrudanmı Moskvada və Xankəndidə başa düşmürlər ki, bu cür hücumlar və bu cür davranış Rusiya sülhməramlı kontingentinin (RSK) müvəqqəti məsuliyyət zonasında asanlıqla silahlı eskalasiyaya gətirib çıxara bilər? Və bu, kimə lazımdır?
Azərbaycan Milli Məclisinin üzvü, politoloq Rasim Musabəyov “Ayna”ya deyib ki, o Arayikin separatçı xuntasının Moskvada Bakıya qarşı təxribatlar törətmək üçün qızışdırıldığına şübhə etmir: