Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti çimərlik mövsümü ilə əlaqədar olaraq müqavilə əsasında matros-xilasedici vəzifəsinə müsabiqə elan edir.
Pravda.az xəbər verir ki, bu barədə FHN-un mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, 2023-cü ilin çimərlik mövsümü ərzində vakant matros-xilasedici vəzifələri üzrə keçiriləcək müsabiqədə (kişilər üçün) 18-40 yaşlarında, Azərbaycan dilini sərbəst bilən, fiziki cəhətdən sağlam, müddətli hərbi xidmət keçmiş, sözügedən peşənin tələblərinə uyğun hazırlığı olan Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.
Müsabiqədə iştirak etmək istəyən şəxslər ərizə ilə müraciət edərək aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər:
· şəxsiyyət vəsiqəsi;
· əmək kitabçası (olanlar üçün);