Türkiyənin yerli dərman şirkəti olan "Polifarma" ABŞ-ın Qida və Dərman Dairəsi daxil olmaqla, dünya ölkələri tərəfindən qəbul edilən və Səhiyyə Nazirliyinin koronavirus müalicəsində müsbət nəticə verməsini təsdiqlədiyi dərmanı reanimasiya xəstələri üçün xüsusi icazə ilə istehsal etməyə başlayıb.
Pravda.az-ın xəbərinə görə, ağızla qidalana bilməyən koronavirus xəstələrinin müalicəsində istifadə ediləcək dərman xəstələrə həll olunmuş şəkildə və damar vasitəsilə veriləcək.