Əməkdar artist Dilarə Əliyevanın qardaşı Vüsal Murtuzəliyev xalq artisti Mehriban Zəkinin səhhətindən danışıb.
Vüsal Murtuzəliyev Teleqraf.com-a açıqlamasında deyib ki, o, Dövlət Təhlükəsizlik Xidmətinin Hərbi Tibb Hospitalındadır: "Mehriban Zəkini xəstəxanada ziyarət edirik, tez-tez danışırıq. İnşallah, yavaş-yavaş düzələcək. Xəstəxanadan nə zaman çıxacağı bilinmir. Hələ ki müalicələr davam edir. Xəstəxanadan nə vaxt çıxacağını özü də bilmir. Qolunda və qabırğasında çat var".