Sağ ol, dostum! Var ol, nə yaxşı sən varsan. Tanrı səni Azərbaycan futbolunun başından əskik eləməsin. Özün dediyin kimi, yığmamız çox yaxşı oynadı – 5:0 nədir ki? 10:0 da ola bilərdi, yaxşı kayf tutursan. 5 il Foqts oturdu Azərbaycan futbolunun içinə, yəqin 5 il də sən oturarsan futbolumuza.
Bakı gözəl şəhərdi, biz də çox qonaqpərvərik. Qonaqpərvər olmasaydıq çoxdan dalına bir təpik vurub, göndərmişdik İtaliyaya.
Hayıf deyil Bakı, yeyirsən əmlik ətindən, qara kürüdən, vurursan şotland viskisindən, kef edirsən özün üçün.
Nə badə istefa ərizəsi verəsən, qətiyyən! Əgər olmayan AFFA səni istefaya göndərmək istəsə, Foqts kimi sən də AFFA-nın rəhbərliyini şantaj elə.
Hələ qarşıda Belçika ilə, Estoniya ilə oyunlar var. Arzu edirik ki, bir-iki setka da top oralardan gətirəsən.