Məzmuna keç
Pravda.az — xəbər portalı
Sosial

Bank hesabları bloklanmış sahibkarların NƏZƏRİNƏ

1 797
Paylaş:
Bank hesabları bloklanmış sahibkarların     NƏZƏRİNƏ

Bank hesablarına sanksiyalar qoyulmuş sahibkarlara dövlət kömək edəcək.

Pravda.az-ın xəbərinə görə, bu barədə İqtisadiyyat Nazirliyinin iqtisadi siyasət şöbəsinin müdir əvəzi Elvin Camalov REAL TV-yə müsahibəsində məlumat verib.

O bildirib ki, bəzi sahibkarların bank hesablarına məcburi dövlət ödənişləri, vergi və sosial sığorta ödənişlərini ödəmədiyinə görə müəyyən sanksiyalar qoyulub: “Sahibkar maliyyə dəstəyindən rahat istifadə edə bilsin deyə, banklara göstəriş veriləcək ki, sanksiyalar götürülsün. Yəni bu vəsait orada bloklanmış şəkildə qalmasın”.Qafqazinfo

Paylaş:

Ən son xəbərlər