BURADA REKLAMINIZ OLA
BİLƏR

Fazil Mustafa təkzib etdi

Milli Məclisdə təmsil olunan Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP), Milli Cəbhə Partiyası (MCP) və Böyük Quruluş Partiyasının (BQP) yaxın zamanlarda birləşəcəyi barədə iddialar səsləndirilir.

 

Qeyd olunur ki, bu partiyaların birləşməsinə xüsusi önəm verilməsi hər üçünün Azərbaycan xalq Cəbhəsi Partiyasının (AXCP) şinelindən çıxmasıdır. Belə ki, hər üç partiyanın sədri vaxtilə AXCP-də mühüm post tutublar. İddialarla bağlı Redaktor.az-a danışan BQP başqanı, deputat Fazil Mustafa bildirdi ki, belə bir ehtimal yoxdur. Onun sözlərinə görə, rəhbərlik etdiyi partiyanın hər hansı bir şəkildə başqa partiya ilə birləşmə məsələsi gündəmdə deyil.

 

"Seçkidə ola bilsin ki, bir koalisiya yaratmaq olar. Amma biz bu gün Xalq Cəbhəsi ideyalarını hansısa bir platformada davam etdirmirik. Bizim öz platformamız var və o ideoloji kursu da həyata keçiririk. Bu da quruluşçuluq fəlsəfəsidir, onun əsasında da fəaliyyət göstəririk. Ona görə birləşmə məsələsi də gündəmimizdə yoxdur",-deyə deputat bildirdi.

Tarix: 28 Mart 2023, 17:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin