BURADA REKLAMINIZ OLA
BİLƏR

Bəhruz Məhərrəmov: “Atəş açıb sonra siçan kimi gizlənməyə yer axtaran qorxaq məxluqlar…”

Deputat Fazil Mustafaya yönəli şərəfsiz və qorxaq silahlı hücum motivindən asılı olmayaraq iyrənc terror aktıdır və birmənalı şəkildə pislənməlidir.

 

Pravda.az-ın xəbərinə görə, bunu deputat Bəhruz Məhərrəmov bildirib.

 

B.Məhərrəmovun sözlərinə görə, cinayəti törətməkdə təqsiri olanlar ən qısa zamanda yaxalanacağı və ədalət mühakiməsinə təhvil veriləcəyi şübhə doğurmur: “Atəş açıb daha sonra siçan kimi gizlənməyə yer axtaran qorxaq məxluqlar və onların sahibləri bu ləyaqətsiz əmələ görə ən ağır formada cavab verəcəklər. Bir Fazil Mustafa ölər, yüzü doğular, bu cür iyrənc metodlarla, murdar təxribatlarla qalib dövləti, müzəffər xalqı və Təbrizli-Bakılı bütöv Azərbaycanı kimsə sarsıda bilməz! Allah dəyərli ziyalımıza tezliklə şəfa versin, Fazil bəyi ən qısa zamanında haqq davamızda həmişəki kimi ön sıralarda görmək ümidi ilə!”

Tarix: 29 Mart 2023, 01:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin