BURADA REKLAMINIZ OLA
BİLƏR

Arif Hacılı: “Fazil Mustafanın təhdid edilməsi ona qarşı terror sifarişinin ünvanını müəyyən etmək üçün ciddi ip ucları verir”

“Fazil Mustafanın dini məsələlərə aid fərqli fikirlərini açıq ifadə etməkdən çəkinməyən siyasətçi olduğu hər kəsə məlumdur. Bu fakt və Fazil bəyin sosial media üzərindən açıq təhdid edilməsi ona qarşı terror sifarişinin ünvanını müəyyən etmək üçün ciddi ip ucları verir”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Müsavat Partiyasının başqanı Arif Hacılı bildirib.

 

A.Hacılı vurğulayıb ki, bu hadisə dövlət səviyyəsində hərtərəfli araşdırılmalı, terrorun sifarişçiləri və icraçıları tapılaraq ciddi cəzalandırılmalıdır: “Əks halda belə hadisələrə son qoyulmayacaq və bütün ölkəni əhatə edərək daha geniş miqyas alacaq”.

Tarix: 29 Mart 2023, 01:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin