Məzmuna keç
Pravda.az — xəbər portalı
Sosial

18 yaşından aşağı olanlara 125 manat... – Deputat təkliflərə münasibət bildirdi - FOTO

1 988
Paylaş:
18 yaşından aşağı olanlara 125 manat... –    Deputat təkliflərə münasibət bildirdi - FOTO

Azərbaycan Milli Məclisinin deputatı, Vəhdət Partiyasının sədri Tahir Kərimli bəzi siyasi partiyaların Nazirlər Kabineti yanında Operativ Qərargaha göndərdiyi təkliflərə münasibət bildirib.

T.Kərimli Pravda.az-a açıqlamasında deyib ki, təklif vermək normal haldır, hər kəsin hüququdur, amma sanki, o siyasi partiyaların təklifləri görüntü xatirinədir: “Onların təklif etdiyi məsələlər dövlətin diqqətindədir. Amma daha ciddi, dolğun fikir irəli sürmək lazımdır. O təkliflər təkrar və ümumi xarakterlidir. Təklif edirlər ki, koronavirus pandemiyası ilə əlaqədar testdən keçirilmənin kütləviliyi təmin olunsun. Bildirmək istəyirəm, Azərbaycan Prezidenti İlham Əliyev aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşündə dedi ki, “İndiyə kimi ölkə üzrə 60 minə yaxın test keçirilib. Əhalinin hər bir milyon nəfərinə düşən testin sayı 5200-dən artıqdır. Azərbaycan aparılan testlərin sayına görə dünyada 30-cu, hər milyon əhaliyə görə aparılan testlərin sayına görə 40-cı yerlərdədir. Ölkəmiz testlərin aparılması üçün 18 laboratoriya fəaliyyət göstərir, onların 5-i yeni yaradılmışdır”. Azərbaycanda koronavirusa qarşı mübarizə yüksək səviyyədə aparılır. Ölkədə 4-5 ulduzlu otellər, o cümlədən istirahət mərkəzləri karantin üçün ayrılıb, xəstəxanalar bütün tibbi ləvazimatlarla təmin edilib, bütün bunlar dövlət hesabına edilir. Səyyar karantin çadırlarının ləğv edilməsi ilə bağlı təklifə gəldikdə isə deyə bilərəm ki, bu istiqamətdə addımlar atılır. Karantin təchiz-infrastruktrunun yaradılması məsələsi qoyulur. Bu, artıq ölkənin sərhədlərində təşkil edilir. Hazırkı dövrədək ölkəmizdə 991 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 159 nəfəri müalicə olunaraq sağalıb, 10 nəfər vəfat edib, 822 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Digər təklif 65 yaşdan yuxarı insanların sosial ehtiyaclarının təmin edilməsi ilə bağlıdır. Həmin şəxslərə sosial xidmətlər göstərilir. O da təklif olunur ki, fərdi dəstək proqramı çərçivəsində böyüklərə 250, 18 yaşından aşağı olanlara isə 125 manat verilsin, kommunal ödənişlərdə güzəştlər tətbiq edilsin. Azərbaycanda iqtisadi sabitliyi təmin etmək, məşğulluqla bağlı problemləri həll etmək və həm də makroiqtisadi və maliyyə vəziyyətimizi sabit saxlamaq üçün 2,5 milyard manat vəsait ayrılıb. Dövlət gücü çatdığı qədər vəsait ayırır. Dövlət başçısı bildirib ki, sosial sahəyə diqqət gələcəkdə də davam etdiriləcək. Hazırda əhaliyə güzəştli işıq limiti aprel-may aylarında 100 kvts. həcmində artırılıb, belə güzəşt digərlərinə də tətbiq ediləcək. Bank kreditləri ilə bağlı ciddi işlər aparılır, koronavirus pandemiyası dövründə faizlərin dondurulması müzakirə edilir. İşsizlərlə bağlı ciddi tədbirlər görülür, onlar qeydiyyata alınır, birdəfəlik ödəmələr verilir. 2019-cu ildə Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə pensiya və maaşları, demək olar, iki dəfə artırıb. Hazırda minimum pensiyanın 250, minimum əməkhaqqının isə 300 manata çatdırılması təklif edilir. Hökumətin əsas prinsipi xalqın sosial rifahının yaxşılaşdırılmasıdır. Məcburi köçkünlərə verilən müavinətin 50 faiz artırılması da diqqət mərkəzindədir, müzakirə edilə bilər. Təklifləri irəli sürənlərə təşəkkür edirik, amma nəzərə almaq lazımdır, bütün bunlar dövlətin diqqət mərkəzindədir, mərhələli şəkildə həll edilir”.

Kənan

Paylaş:

Ən son xəbərlər