Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

Prezident İlham Əliyevə İsraildə səfirlik açılması qərarına görə təşəkkür edirik - İsrail XİN başçısı

661
Paylaş:
Prezident İlham Əliyevə İsraildə səfirlik açılması qərarına görə təşəkkür edirik -      İsrail XİN başçısı

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə İsraildə səfirlik açılması qərarına görə təşəkkür edirik.

Pravda.az-ın məlumatına görə, bunu bu gün İsrail xarici işlər naziri Eli Kohen azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşdən sonra mətbuata birgə bəyanatla çıxışı zamanı deyib.

O qeyd edib ki, İsraildə Azərbaycan səfirliyinin açılması qərarı iki ölkə arasında strateji münasibətlərin dərinliyini göstərir.

Qeyd edək ki, 28 mart 2023-cü il tarixində xarici işlər naziri Ceyhun Bayramov İsrail və Fələstinə rəsmi səfərə gedib.

Səfər çərçivəsində 29-30 mart tarixlərində nazir Ceyhun Bayramovun hər iki ölkənin yüksək səviyyəli nümayəndələri ilə görüşlərinin keçirilməsi, habelə Azərbaycan Respublikasının İsrail Dövlətindəki Səfirliyinin açılış mərasimində iştirakı nəzərdə tutulub.

Trend

Paylaş:

Ən son xəbərlər