Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (TSEK) İdarə Heyətinin sədrinə yeni müavini təyin edilib. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin müvafiq əmri ilə bu vəzifəyə Məmmədov Vüqar Qurban oğlu təyin olunub.
Qeyd edək ki, Vüqar Məmmədov sabiq millət vəkili, Ali Sovetin (hazırkı Milli Məclis) keçmiş sədri Yaqub Məmmədovun qardaşı Qurban Məmmədovun oğludur. O, Dünya Tibbi Hüquq Assosiasiyasının (ABŞ) birinci vitse-prezidenti, Avropa Səhiyyə Hüququ Assosiasiyasının (Norveç) vitse-prezidenti, YUNESKO-nun və Haaqa Beynəlxalq Cinayət Məhkəməsinin eksperti, bir sıra digər nüfuzlu beynəlxalq hüquq müdafiəsi təşkilatının üzvüdür.