Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

Ceyhun Bayramov İsrailin müdafiə naziri ilə görüşdü

834
Paylaş:
Ceyhun Bayramov İsrailin müdafiə naziri ilə görüşdü

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsrailin müdafiə naziri Yoav Qalantla görüşüb.

Pravda.az-ın məlumatına görə, bu barədə İsrailin Azərbaycandakı səfiri Corc Dik tvitter hesabında qeyd edib.

Bildirilib ki, bu görüşdə nazirlər strateji əlaqələrimizin genişləndirilməsini müzakirə ediblər.

Qeyd edək ki, 28 mart 2023-cü il tarixində xarici işlər naziri Ceyhun Bayramov İsrail və Fələstinə rəsmi səfərə gedib.

Səfər çərçivəsində 29-30 mart tarixlərində nazir Ceyhun Bayramovun hər iki ölkənin yüksək səviyyəli nümayəndələri ilə görüşlərinin keçirilməsi, habelə Azərbaycan Respublikasının İsrail Dövlətindəki Səfirliyinin açılış mərasimində iştirakı nəzərdə tutulub.

Paylaş:

Ən son xəbərlər