Aparıcı Zaur Kamalın idarə etdiyi verilişin əməkdaşı aparıcı-prodüser Tarix Əliyevin (Tolik) evində qonaq olub.
Həmin an Tolikin mənzilində atası Tahir də olub.
Prodüser atasının ilk dəfədir evinə gəldiyini bildirib: "Uzun illər Xırdalanda yaşadım. Atam da mənimlə qonşu oldu. Övlad kimi evini təmir etdirdim, mebəllərini aldım. Bacardığım qədər atama kömək edirəm. Onu da deyim ki, televiziyada aparıcılıq etdikdən sonra evimi dəyişməli oldum. Belə ki, şəhərə köçdüm. Amma Xırdalandakı evimi satmadım. Ailə qursam, Xırdalana köçəcəm ki, atama yaxın olum. Atam iki ildir ki, şəhərdəki evimə gəlmir. Özüm atamın evinə gedib-gəlirəm".