Bakıda kombinatda baş verən mübahisə qətlə sonlanıb.
Belə ki, Vəli Əhmədov (ad soyad şərtidir) kombinatda mühafizəçi kimi çalışırdı.
Kombinatda baş verən hadisələr və kombinata nəzarət edən Mərdan Əsgərovun (ad soyad şərtidir) hərəkətləri ona xoş gəlməsə də, maddi sıxıntıya düşməmək üçün işini davam etdirirdi.
Vəli onun üçün ayrılan mühafizə otağında otururdu. Onun vəzifəsi işçilər getdikdən sonra kombinatın təhlükəsizliyini qorumaq idi.