Rusiyanın Moskva vilayətinin Balaşixa şəhərində məktəbli qız tanışı ilə əlbir olub anasının qətlini sifariş edib.
Belə ki, 14 yaşlı təqsirləndirilən şəxslə anası arasında münaqişə yaranıb: ailəsində problem yaşayan 15 yaşlı oğlan dostu qızın yanına gəlib və onlarla yaşamaq istəyib.
Bir müddət sonra qadın həmin “qonağı” göndərmək istəyib və buna görə də qızı ilə mübahisə edib. Qız dostundan anasını öldürə biləcək şəxsləri tapmasını istəyib. Dostu ona təklif edib ki, iki tanışı (16-17 yaşlı) 350 min rubla onun anasını öldürə bilər.