İstanbul-Sinqapur reysini həyata keçirən Türk Hava Yollarına (THY) məxsus sərnişin təyyarəsində kabin heyətinə hücum edilib.
THY təyyarəsi Hindistanın Çennai hava limanına məcburi eniş edib.
THY-nin TK-54 nömrəli "Boeing 777-300 ER” təyyarəsi 345 sərnişinlə Sinqapura uçmaq üçün İstanbul Hava Limanından qalxıb. Təyyarə Hindistan hava məkanına çatdığı zaman sərxoş olduğu aşkarlanan sərnişinlərdən biri kabin heyəti ilə mübahisə etməyə başlayıb.