EL AL aviaşirkətinin Tokio - Tel-Əviv reysini yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.
Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən verilən məlumata görə, buna səbəb təyyarədə olan sərnişinin səhhətinin qəflətən pisləşməsi olub.