BURADA REKLAMINIZ OLA
BİLƏR

Tanınmış futbolçu canlı yayım zamanı mini aritmiya keçirib

Argentinanın tanınmış futbolçusu Serxio Aquero canlı yayım zamanı mini aritmiya (ürəyin normal ritminin pozulması - red.) keçirib.

 

Sabiq hücumçu verilişin aparıcısı ilə söhbət zamanı anidən özünü narahat hiss edib.

 

Əlini sinəsinə qoyaraq susan Aquero bir qədər sonra ürək ritmində dəyişiklik yarandığını bildirib. Həkim müayinəsindən sonra o, səhhətinin qaydasında olduğunu deyib: “Mini aritmiya keçirdim. Belə vəziyyətdə köməyə ehtiyac olub-olmadığını müəyyən edən çip var. Həkimlər hər şeyin qaydasında olduğunu dedilər”.

 

Qeyd edək ki, Serxio Aquero 2021-ci ilin yayında İspaniya klubu “Barselona”ya keçsə də, cəmi dörd ay sonra ürəyində yaranan problemə görə karyerasını bitirib./Report

Tarix: 31 Mart 2023, 09:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin