BURADA REKLAMINIZ OLA
BİLƏR

İki azərbaycanlı dost məclisdən sonra Rusiyada öldü, ikisi isə...

Azərbaycanlı iki gənc Rusiyada ölüb.

 

Hadisə ölkənin Tver vilayətində baş verib.

 

Belə ki, Oğuz rayon Padar kənd sakini, 2000-ci il təvəllüdlü Peyman Xanlar oğlu Xəlilov və onun dostları P. Xəlilovun doğum gününü restoranlardan birində qeyd ediblər.

 

Sonra vəziyyətləri pisləşən dostlar xəstəxanaya yerləşdiriliblər. Lakin 23 yaşlı P. Xəlilov və dostu göstərilən bütün müdaxilələrə baxmayaraq vəfat edib.

 

Digər iki şəxsin vəziyyəti isə ağır olaraq qiymətləndirilir.

 

Gənclərin qidadan zəhərləndiyi ehtimal olunur./Qafqazinfo

Tarix: 31 Mart 2023, 09:26   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin