Birdəfəlik müavinətlə bağlı müraciət edib ,mənfi cavab alanların əksəriyyətinə səbəb kimi mülkiyyətlərində pay torpaqlarının olması göstərilir. Amma buşəxslərin çoxuhəmin pay torpaqlarından istifadə etmədiklərini deyirlər.Dövlət Məşğulluq Xidməti daha hansı hallarda insanlara bu müavinətlərin verilməməsini də aydınlıq gətirib.
Bir dəfəlik 190 manat müavinət adında pay torpağı olan şəxslərə şamil olunmur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Xidmətinin mətbuat katibi Əsmər Nəcməddinqızı deyib ki, onlara ən çox ünvanlanan suallardan biridə məhz pay torpaqları ilə bağlıdır.
Əsmər Nəcməddinqızının sözlərinə görə bütün bu proses məşğulluq haqqında qanunla tənzimləndiyinə həyatyanı torpaq sahəsi istisna olmaqlamülkiyyətində pay torpağı, habelə mülkiyyətindəkənd təssərrüfatı təyinatlı torpaq sahələri olduğu halda onlar birdəfəlik müavinətin əhatə dairəsinə düşmürlər. bu icraəyə götürülmüş torpaq sahələri üçün də keçərlidir.