Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Rəşad Dağlıdan xəbər var

811
Paylaş:
Rəşad Dağlıdan xəbər var

Meyxanaçı Rəşad Əmirovun (Rəşad Dağlı) cinayət işi məhkəməyə göndərilib.

Pravda.az-ın məlumatına görə, iş Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olub.

Yaxın günlərdə cinayət işi icraata götürüləcək və məhkəmənin hazırlıq iclasının vaxtı məlum olacaq.

Xatırladaq ki, qətl hadisəsi ötən il noyabrın 9-u saat 05 radələrində Qaradağ rayonu ərazisində qeydə alınıb.

Belə ki, 1979-cu il təvəllüdlü İskəndər Mehdiyev çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirilib.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Hadisə ilə bağlı İ.Mehdiyevin tanışı, 1984-cü il təvəllüdlü R.Əmirov istintaqa cəlb edilib.

Qaradağ Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi bildirilir./Report

Paylaş:

Ən son xəbərlər