"Teatr heç vaxt rahatlığını tapmayacaq. Baxmayaraq ki, bizim məmləkətin mayakıdır. Böyük məmnuniyyətlə teatra qayıdacağam... Mütləq qayıdacağam".
Bu sözləri aktyor, rejissor Hikmət Rəhimov "Belə-belə işlər"ə açıqlamasında deyib. Teatrdan getməsindən danışan Rəhimov qayıtmaq arzusunda olduğunu söyləyib:
"Bir teatrda 1 yox, ən az 3 rejissor olmalıdır. Birini güclə tapırlar. Bir rejissor 4-5 aktyorla işləyir. Bəs o birilər? Axı onların yaşı gedir. Teatrda aktyorun işi olmayanda, o mütləq şəkildə oturub kiminsə arxasınca danışmalıdır, paxıllığını etməlidir. İşləməlidir ki, başı işə qarışsın. Dünyanın hər yerində var: teatrda kimsə kimsəni həzm edə bilmir. Dəqiq bilirəm ki, o, adamın məni görməyə gözü yox idi. Özü demişdi ki, komandamızda yoxsan. Normal haldır, hansısa rejissorun komandasında yoxamsa, bu o demək deyil ki, o bilmir nə edir və paxıllıqdan edir. Amma burada məsələ bu idi ki, dərdi başqadır. Özüm təklif etdim ki, yaxşı, komandanızda yoxam, mənə rol verməyin. Qanunda var ki, 1 il akademik məzuniyyət götürə bilərəm. 1 il gəlməyim, gözünüzə görsənməyim. Kloun gedə bilmirəm, tamada ola bilmirəm. Buradakı quru maaşa ehtiyacım var. Fuad Poladovla danışdıq, qayıtdı ki, səni çıxartsalar, mən də gedəcəyəm. Sonra dava oldu və məni statiya ilə çıxarmaq istədilər. Dedim lazım deyil, ərizəmi yazdım. Fuad Poladovun bir sözünü yazdım: "Mən belə yaradıcı mühitdə işləmək istəmirəm". Ora (Akademik Milli Dram Teatrı - red.) ilə vidalaşdıq".