Braziliyada qəbirqazanlar məzarların birində diri-diri dəfn edilmiş qadını xilas ediblər. Qorxunc hadisə Viskondi-di-Riu-Branku bələdiyyəsində baş verib.
Bildirilir ki, qəbirqazanlar kömək çağırışlarını eşidib və zərərçəkəni tapandan sonra polisə müraciət ediblər. Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları qadını azad ediblər. Bundan sonra qadın kəllə-beyin travması səbəbindən müalicə olunmaq üçün yerli xəstəxanaya aparılıb.
Qadın bildirib ki, iki naməlum maskalı şəxs onu qəbiristanlığa aparıb, döyüb və zorla qəbrə salıblar. Sonra çıxışı kərpic və sementlə hörüblər.