BURADA REKLAMINIZ OLA
BİLƏR

Rusiyada tutulan azərbaycanlı qadın məmur nə qədər pul mənimsəyib? - YENİLƏNDİ

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC barəsində cinayət işi açılan Binəqədi rayon 2 saylı Poçt filialının 106 saylı poçt şöbəsinin müdiri barədə yayılan xəbərlərə aydınlıq gətirib. Qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afaq İbrahimova Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, MMC Gülnarə Xəlilovanın mənimsəmə faktı ilə bağlı 14.04.2022-ci il tarixində Baş Prokurorluğa müraciət edib:

 

“Onun mənimsəmə etməsi bizim tərəfimizdən aşkarlanıb. Məsələ barədə Baş Prokurorluğa müraciət edilib. Mənimsənilən 16 559 AZN və 4 500 ABŞ dollarıdır”.

 

***

09:55

 

Barəsində cinayət işi açılan Binəqədi rayon 2 saylı Poçt filialının 106 saylı poçt şöbəsinin müdiri Gülnarə Xəlilova Rusiyada tutulub.

 

Pravda.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, İnterpol vasitəsilə beynəlxalq axtarışa verilmiş 1960-cı il təvəllüdlü G.Xəlilova Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Onun Azərbaycana ekstradisiyası istiqamətində iş aparılır.

 

Qeyd edək ki, ötən ilin mayında Baş Prokurorluq Gülnarə Xəlilova barəsində məlumat yayıb. Bildirilib ki, sözügedən şöbənin sabiq müdiri G.Xəlilova 5 ay ərzində xəzinədən 24 150 manat mənimsəyib. Onun barəsində Cinayət Məcəlləsinin 179-cu (Mənimsəmə və ya israf etmə) maddəsi ilə iş başlanılıb.

Tarix: 1 Aprel 2023, 12:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin