Böyük Britaniyanın Oxford Universitetinin professoru Sarah Gilbert koronavirusa qarşı peyvəndin bu ilin sentyabr ayına qədər hazır olacağına inandığını söyləyib.
Pravda.az-ın xəbərinə görə, Sarah Gilbert bu barədə “The Times” nəşrinə müsahibəsində bildirib.
O qeyd edib ki, rəhbərlik etdiyi tədqiqat qrupu həftənin hər günü peyvəndin hazırlanması üzərində işləyir: “Peyvəndin hazırlanmasına 18 aya qədər vaxt təxmin edilsə də, ən yaxşı halda komandanın bu öhdəliyi sentyabr ayına qədər hazır edəcəyinə inanıram”.