"Medistyle Hospital" məhkəməyə verilib.
Pravda.az Qaynarinfo-ya istinadən xəbər verir ki, iddiaçı "Medicenter” MMC-dir. İddia Bakı Kommersiya Məhkəməsinin hakimi Ülkər Həsənovanın icraatındadır. İşin mahiyyəti alqı-satqı üzrə mübahisələrdən ibarətdir. Aprelin 24-nə iş üzrə məhkəmə hazırlıq iclası təyin edilib.
"Medistyle Hospital" 3 fevral 2017-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 3 948 855 AZN təşkil edir. Hospitalın qanuni təmsilçisi Əhmədov Rahim Rahib oğludur.
Hospitalın təsisçisi isə İmran Ağayev olub. O, Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinin Modul Tipli Hospitalının baş həkimi vəzifəsində işləyib.
İmran Ağayev 2021-ci ilin aprelində Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Baş Prokurorluğun həmin vaxt yaydığı məlumatda bildirilir ki, İmran Ağayev qeyri-rəsmi köməkçiləri olan FHN-nin Tibb Mərkəzinin Modul Tipli Hospitalının qeydiyyatçıları Orucov Qulu İlqar oğlu və İmanlı Taleh Mövlamerdi oğlu ilə qabaqcadan əlbir olub koronavirus xəstələrin rəhbəri olduğu tibb müəssisəsində yerləşdirilməsi, müalicə alan xəstələrin daha yüksək səviyyəli tibbi və sair təminatla təchiz edilmələri müqabilində rüşvət alıb.