BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda sabiq məhkəmə hakimi vəfat etdi - FOTO

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sabiq hakimi Fəxrəddin Məmmədov vəfat edib.

 

Pravda.az xəbər verir ki, E-huquq.az-ın əldə etdiyi məlumata görə, sabiq hakim bu gün 65 yaşında ürək tutmasından dünyasını dəyişib.

 

Qeyd edək ki, F.Məmmədov 1990-cı ildən 2000-ci ilədək Şahbuz rayon Məhkəməsinin hakimi kimi çalışıb. O, 2000-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin hakimi olub. F.Məmmədov ötən ilin oktyabr ayında təqaüdə göndərilmişdi.

 

Allah rəhmət eləsin!

 

Tarix: 1 Aprel 2023, 16:23   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin