BURADA REKLAMINIZ OLA
BİLƏR

Oqtay Əliyevin ölümündən əvvəlki son layihəsinin görüntüləri - VİDEO

Martın 22-də avtomobil qəzasına düşən Əməkdra mədəniyyət xadimi Oqtay Əliyevin yer aldığı son layihənin görüntüləri paylaşılıb.

 

Pravda.az xəbər verir ki, "SOY” prodakşının rəhbəri sonuncu dəfə ARB kanalında yayımlana "Aclıq oyunları” proqramında iştirak edib.

 

O, yarış zamanı sonuncu dəfə "mən "hə” deyirəm” söyləyib.

 

Qeyd edək ki, martın 22-də Abşeron rayonu ərazisində O.Əliyevin idarə etdiyi "Lexus” markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq aşıb.

 

Hadisə nəticəsində avtomobili sürən O.Əliyev vəfat edib, Xalq artisti Mehriban Zəki yaralanıb, O.Əliyevin həyat yoldaşı Əməkdar artist Dilarə Əliyeva isə yüngül xəsarətlər alıb.

 

 

Tarix: 1 Aprel 2023, 16:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin