Əfqanıstan Prezidenti Əşrəf Qəninin imzaladığı fərmanla daha 100 "Taliban" tərəfdarı azadlığa buraxılıb.
Pravda.az-ın xəbərinə görə, taliblər sağlıq durumları, yaşları və həbs müddətlərinin qalan hissəsi nəzərə alınmaqla azad ediliblər.

Taliblərin ilk iki partiyası çərşənbə və cümə axşamı azad ediliblər.
Qeyd edək ki, fevralın 29-da Dohada ABŞ və "Taliban" arasında sülh sazişi imzalanıb. Martın 10-da Əfqanıstan daxilində müzakirələr başlamalı idi. Razılaşmaya əsasən, 5 min "Taliban" tərəfdarı və "Taliban"nın saxladığı 1000 nəfər azadlığa buraxılmalıdır.APA