AXCP Ali Məclisinin toplantısı barədə informasiyanı görəndə 1 aprel zarafatı hesab etdim. Gerçək imiş, cəbhəçiləri təbrik edirəm.
Yadigar Sadıqlı: “AXCP Ali Məclisinin toplantısı barədə informasiyanı görəndə 1 aprel zarafatı hesab etdim”
Pravda.az-ın xəbərinə görə, bunu Müsavat başqanlığına sabiq namizəd Yadigar Sadıqlı bildirib.
Y.Sadıqlı qeyd edib ki, bu ilin oktyabrında Müsavat başqanı Arif Hacılının səlahiyyət müddəti başa çatacaq: “Daha namizəd olmaq hüququ da yoxdur, partiya özünün yeddinci başqanını seçməlidir. Amma heç bir hazırlıq getmir. Adətən qurultaya ən azı 1 il qalarkən Təşkilat Komitəsi yaradılır, rayon təşkilatlarında yığıncaqlar keçirilir, nümayəndələr seçilir. İndi isə bunu müşahidə etmirik. Əminəm, 2024-cü ildə də deyəcəklər ki, qarşıdan parlament və prezident seçkiləri gəlir, gücümüzü ona yönəltməliyik. Nə güc qalıbsa. Bir sözlə, növbəti qurultayın 2026-cı ildən tez keçirilməsini gözləmirəm. Bu da açıq-aşkar Nizamnamə pozuntusudur”.