BURADA REKLAMINIZ OLA
BİLƏR

Vəhdət Partiyası: Tahir Kərimlinin milli adlarla bağlı təkilifini qərb, rusbaş şəxslər süngü ilə qarşıladılar

Bir neçə il öncə, Tahir Kərimli övladlarımıza, obyekt və təşkilat alarına milli ad qoyulması təklifi ilə, habelə, rəsmi təqvimlə yanaşı min ildən gələn xalq təqvimini də paralel işlədərək, milli varlığımızı qorumağa çağırıb.

 

Partiyadan Pravda.az-a daxil olan məlumatda bildirilib ki, Türkiyə, İran, Çin, Yaponiya, Ukrayna və s. dövlətlərin hələ də öz milli ay adlarını işlətdiklərini önə çəkən Tahir Kərimlinin təkilifinə sadə və ziyalı insanlar  isti  yanaşsalar da, qərb, rusbaş şəxslər bunu süngü ilə qarşıladılar.

 

Onun təklif etdiyi xalq ay adlarını təkrar nəzərinizə çatdırırıq:

1. İlk ay

2. Soyuq ay(çillə)

3. Boz ay(alaçalpo)

4. Yağış ayı

5. Çiçək ayı

6. Bəhər ayı

7. İsti ay 

8. Biçin ayı

9. Yetişkən ay(məhsul ayı)

10.Qızıl ay

11.Xəzəl ayı

12. Son ay.

 

Qeyd edək ki, İran özünü islam dövləti elan etməyinə baxmayaraq, fars ay adlarından imtina etməyib.

Tarix: 2 Aprel 2023, 10:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin