Milli Məclisin üzvü Fazil Mustafaya qarşı törədilmiş silahlı hücumun iştirakçıları olduqları iddia edilən şəxslərin kimliyi məlum olub. Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı "Baku ES" Telegram kanalı yayıb.
28.03.2023-cü ildə millət vəkili Fazil Mustafa Qəzənfər oğluna qarşı törədilmiş silahlı hücumun iştirakçıları bunlardır: Təşkilatçı - Səricanov Azər Kamran oğlu 1976-cı ildə Salyan rayonunda anadan olub. Şiə məzhəbli dindar şəxsdir. 2010-2019-cu illərdə 11 dəfə İran İslam Respublikasına səfər edib.