Bakının Xətai rayonunda martın 4-də hipermarketdə baş verən silahlı insidentlə bağlı bəzi gizli məqamlar açıqlanıb.
Bununla bağlı Baku TV-yə həmin hadisəni araşdıran əməliyyatçı danışıb.
O bildirib ki, hadisədən 5 dəqiqə sonra ticarət obyektinin mühafizə siqnalizasiya sistemindən həyəcan düyməsi sıxılıb, təqribən 2 dəqiqə 30 saniyədən sonra mühafizə polisinin əməkdaşları, bir qədər sonra isə polisin əməliyyat qrupları hadisə yerinə gəliblər:
“Cinayət hadisəsi üzrə tərtib edilən əməliyyat planları icraya yönəldilib. Əməliyyat planlarına əsasən, Daxili İşlər Nazirliyinin aidiyyəti qüvvələri koordinasiyalı şəkildə cinayətin isti izlərlə açılması və cinayəti törətmiş şəxslərin yaxalanması istiqamətində tədbirlərə başlayıb”.