Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

"Vikipediyada kimsə təhsil aldığım illəri və universitetin adını dəyişib" - Diplomunun saxta olduğu deyilən deputat

1 055
Paylaş:
"Vikipediyada kimsə təhsil aldığım illəri  və universitetin adını dəyişib" -     Diplomunun saxta olduğu deyilən deputat

Milli Məclisini deputatı, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin kürəkəni olan Əliabbas Salahzadə saxta diplomu ilə bağlı iddialara münasibət bildirib.

Əliabbas Salahzadə Demokrat.az-a açıqlamasında dipomunun saxta olmadığını söyləyib: “Vikipediya səhifəmdə kimsə xəbərim olmadan dəyişiklik aparıb, təhsil aldığım illəri  və universitetin adını dəyişib, hazırda bu məsələ ilə bağlı araşdırma aparılır”.

Deputat fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetində (ABU) təhsil alıb-almaması ilə bağlı məsələyə də aydınlıq gətirib:

“Mən 1997-ci ildə Milli Aviasiya Akademiyasının Beynəlxalq Hüquq fakultəsinə qəbul olub, 2002-ci ildə oranı bitirmişəm. İlk ali təhsilim də bura olub.

1997-ci ildə həm də ABU-ya qəbul olmuşdum, amma cəmi 6-7 ay burada təhsil alıb, sonra təhsilimi yarımçıq buraxmışam. Mən ABU-ya TQDK imtahanı ilə deyil, Beynəlxalq Universitetin öz daxili müsabiqəsi ilə qəbul olmuşdum. O vaxtı ABU-da xeyli pulum da batdı”.

Deputat Əliabbas Salahzadə Milli Aviasiya Akademiyasından aldığı diplomunun sürətini də redaksiyamıza təqdim edib.

Paylaş:

Ən son xəbərlər