Məzmuna keç
Pravda.az — xəbər portalı
Dünya

Qatar qəzaya uğrayıb, yaralananlar var

736
Paylaş:
Qatar qəzaya uğrayıb, yaralananlar var

Niderlandda təxminən 50 nəfərin olduğu sərnişin qatarı relsdən çıxıb. Onun dəmiryol relslərində olan tikinti kranı ilə toqquşduğu bildirilir.

Toqquşmadan sonra qatarın birinci vaqonu relsdən çıxaraq yerə çırpılıb, ikincisi yan üstə düşüb, üçüncü vaqonda yanğın başlayıb.

Ölkənin NOS telekanalının məlumatına görə, insident yerli vaxtla saat 03:30 radələrində baş verib.

Yerli xilasetmə xidmətləri bir neçə nəfərin ağır xəsarət aldığını bildirir.

Sərnişin qatarı Haaqadan Leyden şəhərinə gedirdi və qəza Vorshoten şəhəri yaxınlığında olub.

Paylaş:

Ən son xəbərlər