BURADA REKLAMINIZ OLA
BİLƏR

Türkiyə Ermənistanın müraciətinə cavab verdi – Yardım göndəriləcək

Ermənistan yeni növ koronavirusa (COVİD-19) qarşı mübarizə məqsədilə Türkiyədən dərman yardımı istəyib.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın məlumat verib.

 

O bildirib ki, rəsmi İrəvanın yardım istəyinə Türkiyə Prezident Administrasiyası tərəfindən müsbət cavab verilib:

 

"Biz çox ölkəyə yardım etmişik. Bu, son dərəcə insani bir vəziyyətdir. Burada siyasi hesablar edə bilmərik. Yardımları təmin etmişik. Yardım yaxın günlərdə Ermənistana göndəriləcək".

 

İ.Kalın, həmçinin qeyd edib ki, tibbi ləvazimat üçün müraciət edən İsrail və Fələstinə də tezliklə yardımlar çatdırılacaq.Azvision

Tarix: 12 Aprel 2020, 14:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin