Türkiyənin Düzce vilayətində ata 14 yaşlı oğlunu maşınla qaçırmağa cəhd edib.
Həyat yoldaşından ayrılan kişi oğlu ilə görüşdükdən sonra onu maşına mindirib və uzaqlaşmaq istəyib.
Bu zaman uşağın anası keçmiş həyat yoldaşının avtomobilinin kapotundan yapışıb və oğlunu buraxmayıb. Qadın hərəkət edən maşının kapotu üzərində təxminən 40 kilometr yol qət edib.