Daxili İşlər Nazirliyi (DİN) Bakıda metrostansiyaların birində iki qadın arasında mübahisə yaranması ilə bağlı əlaqələndirilən video barədə açıqlama verib.
DİN: Qatarda iki qadının davası ilə bağlı yayılan video Bakı metrosuna aid deyil
DİN-dən Pravda.az-a verilən məlumatda bildirilir ki, hadisə Bakı metropoliteninin stansiyalarında qeydə alınmayıb.
"Bu görüntülər Bakı metropolitenində qeydə alınmayıb. Metropolitendə Polis İdarəsində aparılan araşdırmalarla məlum olub ki, görüntülər başqa ölkədə çəkilib", - məlumatda deyilir.