"Artıq 15 ildir ki, avtomobil idarə etmirəm. Sürücüm var. Əvvələr çox qısa zaman axarında avtomobilimi özüm idarə etmişəm. Arda-arda qəzalar oldu. Ondan sonra özümə söz verdim ki, maşın sürmək mənlik deyil".
Pravda.az Bizim media-ya istinadən xəbər verir ki, bu sözləri müğənni Sevda Yahyayeva qonaq olduğu "7 canlı" axşam şousunda deyib.
Sənətçi bildirib ki, onun telefonuna cərimələrinin olması SMS vasitəsi ilə gəlmədiyi üçün DYP tərəfindən avtomobili saxlanılıb: "Bizi yol polisi saxladı. Adətən, SMS vasitəsi ilə cərimə gəlir. Amma SMS gəlmədi. Biz də bilmədik ki, cəriməmiz var. Sürücüm yerində həmin cəriməni ödədi".