“İranın nə əqidəsi, nə inancı, nə də inamı var. Burda oturanlar isə əqidəli, inanclı və inamlı insanlardır”.
Praqvda.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin aprelin 4-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.
“Deputat Fazil Mustafa qarşı edilən terror aktını Azərbaycana qarşı törədilən terror kimi qiymətləndirirəm. Bu məsələ ilə bağlı öz mövqeyimizi açıq şəkildə ortaya qoymalıyıq. Bundan sonra biz nə etməli və hansı addımları atmalıyıq?! Peyğəmbərimizin gözəl ifadəsi var idi: “Əqidəsi olmayan insanın nə inancı, nə də inamı olar”. Bu sözdən çıxış edərək deyə bilərik ki, İranın nə əqidəsi, nə inancı, nə də inamı var. Burda oturanlar isə əqidəli, inanclı və inamlı insanlardır. Burdakı insanlar Azərbaycan xalqına, dövlətinə, Prezidentinə inananlar, onun ətrafında sıx birləşənlərdir”, - o, vurğulayıb.