Milli Məclis “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini birinci oxunuşda təsdiq edib.
Pravda.az xəbər verir ki, məsələ parlamentin bugünkü plenar iclasında ilk oxunuşda müzakirəyə çıxarılıb.