“Ötən gün həmkarlarım mənə bir anons videosunu göndərərək bildirdilər ki, sabah Röya xanım konsertdə iştirak edəcək, ondan müsahibə almaq istəyirik. Anonsu görəndə çox təəccübləndik. Röya xanım Azərbaycanda olmadığı halda, ondan xəbərsiz afişada qeyd olunub ki, guya bu gün, yəni 4 aprel tarixində səhnədə yer alacaq. Həmçinin afişada Röya Ayxandan başqa, digər sənətçilərin, Aynur Dadaşova və Tərlan Novxanının da adları yer alıb”. Bunu Oxu.Az-a açıqlamasında Röya Ayxanın mətbuat katibi Elvin Elxan bildirib. Onun sözlərinə görə, Xalq artisti Vətənə döndükdən sonra bu məsələ ilə bağlı ciddi tədbirlər görəcək:
“Çünki nəinki afişaya şəkil qoymaq, adın salınması belə, dələduzluq sayılır. Görünür ki, burada məqsəd Röya xanımın adından istifadə edib, restorana müştəri toplamaq olub”.
E.Elxan müğənninin ilk dəfədir ki, bu cür dələduzluqla üzləşdiyini də vurğulayıb.