Azərbaycan Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Vəhdət Partiyasının ona birləşməsi ilə bağlı məlumata aydınlıq gətirib.
Partiyanın sədr müavini Samir Əsədli Qaynarinfo-ya açıqlamasında belə bir müzakirənin getməsindən xəbərsiz olduğunu deyib: "Xəbərim yoxdur, belə müzakirə getməyib. Vəhdət Partiyası bizə dost təşkilatdır. Vaxtı ilə müxtəlif bloklarda bir yerdə olmuşuq. Tahir bəy milli adamdır, ona hörmətimiz sonsuzdur. Partiyasında da xeyli sayda dostumuz, əlaqələrimiz var. Amma birləşmə və bu kimi məsələlərdən xəbərim yoxdur".