Rusiyanın Voronej şəhərində 19-cu mərtəbədən yıxılan kişi ayağa qalxaraq təcili yardıma tərəf yollanıb.
Həkimlər onun vəziyyətinin qənaətbəxş olduğunu bildiriblər. 1 saylı təcili tibbi yardım xəstəxanasının əməkdaşlarının verdiyi məlumata görə, zərərçəkmiş neyrocərrahiyyə şöbəsində müalicə olunur. İndi onun həyat və sağlamlığına heç bir təhlükə yoxdur.