Bakıda polis əməliyyat keçirib.
Pravda.az-ın əldə etdiyi məlumata görə, Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Nizami rayonu, R Teymurov küçəsi 8 ünvanının qarşısında paytaxt sakini, 1998-ci il təvəllüdlü Cavidan Quluzadə adlı şəxs saxlanılıb.
Baxış zamanı üzərindən 7.258 qram heroin aşkar edilərək götürülüb.
Faktla bağlı Nizami RPİ-də CM-nin 234-1.1-ci maddəsi ilə cinayət işi istintaq olunur.