Bakıda Xətai rayonunda yerləşən 3 saylı uşaq evində baş verən qanunsuzluqlar barədə video çəkərək onu ictimailəşdirən və daha sonra Psixiatriya Xəstəxanasına yerləşdirlən 16 yaşlı Məhəmməd Hacıyev xəstəxanadan buraxılıb.
Pravda.az xəbər verir ki, psixiatriya xəstəxanasına yerləşdirilən Məhəmmədin qardaşı Əli Hacıyev qardaşını həmin xəstəxanadan çıxarıb.
Bu barədə "Ümid ilə gəl” verilişinin aparıcısı Tarix Əliyev sosial şəbəkə hesabında paylaşım edib.